Xəbər lenti

COVID-19 hansı temperaturda aktiv olur və ən çox yayılma dövrü - Elm adamları
Sağlamlıq 13:26 29.03.2020

COVID-19 hansı temperaturda aktiv olur və ən çox yayılma dövrü - Elm adamları

Honq Konq Universitetinin mütəxəssisləri dünyada yayılan coronauvirus ilə bağlı yeni faktları üzə çıxarıb.

Qaynarinfo xəbər verir ki, onların üzə çıxardığı bilgilər içində infeksiyanın ən aktiv olduğu temperaturu aşkara çıxarmaq xüsusi yer tutur.

Məlum olub ki, bu virus təxminən 4 dərəcəyə yaxın bir temperaturda aktiv şəkildə yayıla bilir. Dezinfeksiya olmadıqda, aktivliyi və sabitliyi yalnız 14 gündən sonra azalmağa başlayır.

Lakin COVID-19 yüksək temperatura dözümü yoxdur. Beləliklə, onun aktivliyi 70 dərəcədə tamamilə sıfra enir. MedRxiv portalında yayımlanan bir araşdırmaya görə, bunun üçün cəmi beş dəqiqə lazımdır.

Səthində koronavirusun qaldığı cisimlərə gəlincə, mütəxəssislər onun kağız üzərində cəmi bir neçə saat, paltar və emal olunmuş taxta üzərində təxminən iki gün qala biləcəyini müəyyən edib. Şüşə üzərində isə koronavirus dörd günə qədər, plastikdə yeddi günə qədər yaşayır. Tibbi maskaların səthində də bir o qədər qala bilirlər – yəni bir həftə. Buna görə də mütəxəssislər onların hərtərəfli dezinfeksiya edilməsini məsləhət görürlər.

Bundan əvvəl Honq Konq alimləri koronavirusun ən yoluxucu olduğu dövrü müəyyən etmişdilər. COVID-19 virusu təsdiqlənmiş 23 xəstənin tüpürcək analizi alimlərə insanlarda ilk simptomlar aşkar edildikdən sonra bir həftə ərzində koronavirusun ən yoluxucu olmasını deməyə imkan verib.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->