Xəbər lenti

COVİD-ə yoluxanlara nə vaxt vaksin vurulmalıdır? - İnfeksionist
Ölkə13:14 31.03.2021

COVİD-ə yoluxanlara nə vaxt vaksin vurulmalıdır? - İnfeksionist

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
COVİD virusuna yoluxan şəxslərə təqribən 6 aydan sonra vaksin vurulur.
Bunu Qaynarinfo-ya açıqlamasında Azərbaycan Tibb Universitetinin Yoluxucu Xəstəliklər kafedrasının əməkdaşı, tibb üzrə fəlsəfə doktoru Vüqar Cavadzadə deyib. İnfeksionist vaksinin immunitet yaratmaq üçün vurulduğunu diqqətə çatdırıb:
 
"İnsan xəstələnəndə onda təbii yolla artıq immuninet yaranır. Bu səbəbdən xəstəliyi keçirən şəxsə 6 aydan sonra vaksin vurulur”.
Vüqar Cavadzadə hazırda Azərbaycanda vaksinasiya prosesinin uğurla davam etdirildiyini qeyd edib:
"Proses ilk öncə 65 yaşdan yuxarı şəxslər arasında həyata keçirilib. Sonra 60, daha sonra isə 50 yaş, hazırda isə 40 yaşdan yuxarı olan şəxslər arasında vaksinasiya uğurla həyata keçirilir”.
Bahar Rüstəmli