Dünya 11:33 19.08.2022

Çox düşünmək niyə pisdir və beyinin yaratdığı yorğunluq illüziyası... – Elm

Parisin Pitiers-Salpetrier Universitet Xəstəxanasının mütəxəssisləri uzunmüddətli və intensiv beyin fəaliyyətinin sağlamlığa zərərli olduğunu müəyyən ediblər.

Qaynarinfo xəbər verir ki, tədqiqatın nəticələri "Current Biology” jurnalında dərc olunub.

Söhbət uzunmüddətli koqnitiv iş nəticəsində prefrontal korteksdə toplanan zəhərli məhsullardan gedir. Parisli nevroloqlar əmindirlər ki, bu, davranış dəyişikliyinə gətirib çıxarır: konsentrasiya zəifləyir, koqnitiv yorğunluq yaranır.

"Ümumiyyətlə, qəbul edilir ki, yorğunluq beynin sizi daha əyləncəli fəaliyyətlərə keçməyə məcbur etmək üçün yaratdığı illüziyadır. Amma bizim nəticələrimiz göstərir ki, idrak işi funksional dəyişikliklərə - zərərli maddələrin yığılmasına gətirib çıxarır, buna görə də yorğunluq həqiqətən də işinizi dayandırmağınıza səbəb olur, lakin fərqli bir məqsədlə: beynin fəaliyyətinin bütövlüyünü qorumaq üçün", - müəllif Matias Pessillione deyir.

Tədqiqat zamanı komanda 40 iştirakçını "asan” və "çətin” qruplara ayırıb. Onlar iş günü ərzində hər biri 10 dəqiqə olmaqla iki fasilə ilə zehni tapşırıqları yerinə yetiriblər.

Alimlər maqnit rezonans spektroskopiyasından istifadə edərək iştirakçıların beyin biokimyasını ölçüblər. Məlum olub ki, çətin tapşırıqları yerinə yetirən insanlar beyinlərinin prefrontal korteksində daha çox qlutamat toplayırlar. Glutamat mərkəzi sinir sistemini həyəcanlandıran bir neyrorotransmitterdir.

Fransız alimi beynə kömək etmək üçün dincəlməyi və yatmağı məsləhət görür. Və nevroloq çox yorğun olduğunuz halda vacib qərarlar verməməyi tövsiyə edir. Bunu dinc başla etmək daha yaxşıdır.
 
Alpər