"CPM-İnvest İnvestisiya Şirkəti”nin 2024-cü ilin yanvar-avqust aylarında "Bakı Fond Birjası”da (BFB) apardığı əməliyyatların həcmi 2607 əqd üzrə 2 mlrd. 114,8 mln. manat təşkil edib.
Valyuta.az-ın hesablamasına görə, investisiya şirkətinin birja əməliyyatları son bir ildə 20,6 % və ya 549,6 milyon manat azalıb. Belə ki, 2023-cü ilin ilk səkkiz ayında "CPM-İnvest”in dövriyyəsi 2 mlrd.664,4 mln. manat təşkil edib.
Qeyd edək ki, investisiya şirkətinin birja əməliyyatlarının 1 mlrd. 273 mln. manatı repo, 518,6 mln. manatı dövlət qiymətli kağızlarının, 109,6 mln. manatı Mərkəzi Bankın istiqrazlarının, 22,2 mln. manatı korporativ istiqrazların və 2,67 mln. manatı isə səhmlərin payına düşüb.
Şərhlər