Xəbər lenti

Cüdoçularımız Avropa çempionatında 8-ci medalı qazanıblar
İdman17:39 24.06.2022

Cüdoçularımız Avropa çempionatında 8-ci medalı qazanıblar

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan Əli Hacızadə Xorvatiyanın Poreç şəhərində yeniyetmələr arasında keçirilən Avropa çempionatında bürünc medal qazanıb.
Qaynarinfo-nun məlumatına görə, 73 kq çəki dərəcəsində rəqib israilli Yaniv Aqronov olub. Rəqibinə ipponla qalib gələn Hacızadə fəxri kürsünün 3-cü pilləsinə qalxıb.
Bununla da, Azərbaycanın Avropa çempionatında qazandığı medalların sayı 8-ə çatıb. Daha əvvəl Şahin Orucov (55 kq), Nizami İmranov (60 kq) və Fidan Əlizadə (57 kq) qitə çempionu olub, Aydan Vəliyeva (48 kq) gümüş, Məhəmməd Məmişov (50 kq), Nicat Nağıyev (66 kq) və Əbil Yusubov (73 kq) isə bürünc medala sahib çıxıblar.