Xəbər lenti

Cüdoçularımız Avropa Kubokuna 2 medalla başlayıb
İdman08:02 05.06.2016

Cüdoçularımız Avropa Kubokuna 2 medalla başlayıb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İspaniyanın Madrid şəhərində cüdo üzrə Avropa Kubokuna strart verilib. 
Azərbaycan Cüdo Federasiyasından qaynarinfo.az-a verilən məlumata görə, milli komandamız yarışın ilk günü aktivinə 2 medal yazdırıb.
60 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Elbrus Zamanov bürünc medal qazanıb.
73 kq çəki dərəcəsində bürünc medal uğrunda mübarizədə isə Azərbaycan dueli reallaşıb. Bu çəkidə çıxış edən millimizin cüdoçuları – Telman Vəliyev və Hudayət Heydərov qarşı-qarşıya gəlib. Azərbyacan dulenin qalibi Vəliyev olub. Heydərov isə turnirə 5-ci yerdə yekun vurub.
Digər təmsilçimiz Oruc Vəlizadə də Avropa Kubokunda 5-ci olub.
Qeyd edək ki, 26 ölkədən 255 idmançının (139 kişi, 116 qadın) mübarizə apardığı mötərəb turnirində Azərbaycan millisi 14 cüdoçu ilə təmsil olunur. 
Qaynarinfo.az