Xəbər lenti

Cüdoçularımız Avropa Kubokunda 2 qızıl bir bürünc qazandı
İdman17:44 23.04.2022

Cüdoçularımız Avropa Kubokunda 2 qızıl bir bürünc qazandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan cüdoçuları Dubrovnik şəhərində keçirilən böyüklər arasında Avropa Kuboku turnirinin ilk gününü 2 qızıl və 1 bürünc medalla başa vurub.
Cüdo Federasiyasından Qaynarinfo-ya verilən məlumata görə, 23 aprel 2022-ci il tarixində Xorvatiyanın Dubrovnik şəhərində təşkil edilən böyüklər arasında Avropa Kuboku turnirinin ilk yarış günü Azərbaycan milli komandası 3 çəki dərəcəsində 5 idmançı ilə medallar uğrunda mübarizə aparıb.
-60 kq. çəki dərəcəsində yarışan idmançımız Nazir Talıbov niderlandlı Bart Velinqə qalib gələrək bürünc medal qazanıb. -66 kq. çəki dərəcəsində mübarizə aparan cüdoçumuz İsmayıl İbrahimov italiyalı rəqibi Leanardo Valeriyanini məğlub edərək qızıl medala sahib olub. -73 kq. çəki dərəcəsində yarışan idmançımız Nəriman Mirzəyev italiyalı rəqibi Qabriyele Sulli üzərində qələbə qazanaraq yarışı qızıl medalla başa vurub.
 
 
Səbuhi Həsənov