Xəbər lenti

Cüdoçularımız Praqada 4 medal qazandı (FOTO)
İdman12:00 19.07.2021

Cüdoçularımız Praqada 4 medal qazandı (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Çexiyanın Praqa şəhərində keçirilən cüdo üzrə Avropa kuboku yarışında Azərbaycanın gənclərdən ibarət milli komandası daha bir medal qazanıb. 
Qaynarinfo xəbər verir ki, qadınların yarışında 48 kq çəki dərəcəsində Könül Əliyeva gümüş medala sahib olub. Qitə kubokunun ilk günü Qasım Vəlizadə və Rəşad Quluzadə gümüş, Nərmin Əmirli isə bürünc medal qazanıb. Bununla da, gənclərdən ibarət millimiz Praqa turnirində aktivinə 3 gümüş və 1 bürünc medal yazdırıb.
Avropa kubokunda 33 ölkədən 383 cüdoçu yarışıb.