Xəbər lenti

Cüdoçularımız vətənə qayıtdı
İdman09:14 08.02.2022

Cüdoçularımız vətənə qayıtdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Fransanın paytaxtı Parisdə keçirilən "Böyük Dəbilqə"də iştirak edən cüdoçularımız bu gün səhər saatlarında vətənə geri dönüblər.
Qaynarinfo xəbər verir ki, onları hava limanında federasiya rəsmiləri və media nümayəndələri qarşılayıb.
Yığmamızın üzvlərindən Məmmədəli Mehdiyev və Uşanqi Kokauri Parisdə keçirilən beynəlxalq yarışda gümüş medallara sahib olublar. Azərbaycan komanda hesabında "Böyük Dəbilqə" turnirini 7-ci yerdə başa vurub.
İdmançılarımız İsrailin paytaxtı Tel-Əviv şəhərində keçiriləcək növbəti "Böyük Dəbilqə" turnirinə hazırlıq üçün sabahdan etibarən məşqlərini davam etdirəcəklər. Turnir 17-19 fevral tarixlərində keçiriləcək.
Səbuhi Həsənov