Xəbər lenti

Cüdoçumuz finalın 1 addımlığında - YENİLƏNİR
İdman16:55 06.08.2016

Cüdoçumuz finalın 1 addımlığında - YENİLƏNİR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu gün Rio-de-Janeyro Olimpiadasında cüdo yarışlarına start verilib. 

Qaynarinfo.Az xəbər verir ki, Oyunların 2-ci günü Azərbaycan millisinin 1 idmançısı tatamiyə çıxıb.

Peter Zayzenbaxerin yetirmələrindən Orxan Səfərov nəyə qadir olduğunu nümayiş etdirməyə çalışıb. Həmyerlimiz ilk mərhələdən azad olduğundan yarışa 1/16 finaldan başlayıb.

“Böyük dəbilqə” və Qran-pri turnirlərinin qalibi olan 25 yaşlı həmyerlimiz ilk cəhddə Xuan Postiqosu (Peru) sınağa çəkib. Vazaari və yuko fəndləri ilə qalib gələn təmsilçimiz 1/8 finalda Otar Bestayev (Qırğızıstan) ilə qarşılaşıb. Görüşün gedişində geri düşən idmançımız ipponla qalib gələrək 1/4 finala vəsiqə qazanıb.

Bu mərhələdə həmyerlimiz braziliyalı cüdoçu Felipe Kitadai ilə görüşüb. Bu rəqibini də ipponla məğlub edən Orxan yarımfinala yüksəlib.

Cüdoçumuz bu mərhələdə qazax idmançı Yeldos Smetovla münasibətlərinə aydınlıq gətirəcək.

Qeyd edək ki, millimiz Rioda 6 cüdoçu ilə təmsil olunur.

Qaynarinfo.Az