15 fevral 2022-ci il tarixində Azərbaycan Cüdo Federasiyasının inzibati ofisində Beynəlxalq Cüdo Federasiyasının (IJF) növbəti olimpiya dövrü üçün qaydalarda tətbiq etdiyi dəyişikliklərlə bağlı hakimlər üçün seminar təşkil olunub.
Qaynarinfo xəbər verir ki, hakimlər üzrə menecer Mətin Rəhimli tərəfindən keçirilən seminarda qaydalarda olan 12 müddəadan ibarət dəyişikliklər haqqında hakimlərə geniş məlumat verilib. Bununla yanaşı biliklərin təkmilləşdirilməsi məqsədi ilə müzakirələr aparılıb.
Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə bu ilin mart ayında ölkənin müxtəlif bölgələrində eyni mövzuda seminarlar keçiriləcək. İlk seminarlar 4 martda Naxçıvan və Göygöldə, daha sonra sırası ilə 6 martda Mingəçevirdə, 11 martda Balakəndə, 13 martda İsmayıllıda, 15 martda Qusarda, 17 mart Şirvanda və 6 apreldə isə Sumqayıtda təşkil olunacaq.
Yeni qaydalar daxili yarışlarda mart ayından etibarən tətbiq ediləcək.
Səbuhi Həsənov