Xəbər lenti

Cüneyt Çakır Hollandiya adamıdır - Argentinalılar
İdman18:45 09.07.2014

Cüneyt Çakır Hollandiya adamıdır - Argentinalılar

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Türkiyəli hakim Cüneyt Çakırın Argentina-Hollandiya oynuna təyin edilməsi birincilərin narazılığına səbəb olub.

Fanat.az "Milliyət" qəzetinə istinadən xəbər verir ki, Cənubi Amerikalıların apardığı araşdırma nəticəsində məlum olub ki, Çakır Hollandiyaya çox yaxın bir hakimdir. 

Argentina mətbuatında qeyd olunur ki, Çakır Hollandiyalı köhnə hakim və hazırda UEFA hakim komitəsinin üzvü olan Jaap Uilenberg ilə çox yaxın münasibətləri var. Hollandiya Futbol Federasiyasında vəzifə aldığı xatırladılan Uilenbergin bundan əvvəlki aylarda Antalyaya gəlməsi və burda Türk hakimlə birlikdə olmasına diqqət çəkilib. Argentina tərəfinin fikrincə FİFA-nın bu mübarizəyə Türk hakimi təyin etməsi böyük riskdir və oyunun talehinə təsir edə bilər.

Qaynar.info