Xəbər lenti

Cüneyt Çakır Superliqada hakimlik etməyəcək
İdman13:10 08.03.2022

Cüneyt Çakır Superliqada hakimlik etməyəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Beynəlxalq dərəcəli futbol hakimi Cüneyt Çakır cari mövsümün qalan hissəsində Türkiyə Super Liqasının oyunlarına təyinat almayacaq.
Qaynarinfo xəbər verir ki, bu haqda Türkiyə Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb. 46 yaşlı referinin adı yüksək liqada idarəçilik edən hakimlərin siyahısından kənarlaşdırılıb.
Yaş amili və klubların narazılığını nəzərə alan Hakimlər Komitəsi Çakırla yanaşı, Ali Palabıyık, Abdulkadir Bitigen, Fırat Aydınus, Bahattin Şimşek, Burak Şeker, Suat Arslanboğa, Hüseyin Göçek, Mert Güzenge, Tuqay Kaan Numanoğlu, Alper Ulusoy və Halis Özkahyanın adını siyahıdan çıxarıb.
Özgür Yankaya isə VAR hakimi kimi fəaliyyət göstərəcək.
Səbuhi Həsənov