Xəbər lenti

DÇ-2014: Çakırın ayağı Braziliyaya düşmədi - VİDEO
İdman05:40 18.06.2014

DÇ-2014: Çakırın ayağı Braziliyaya düşmədi - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Braziliyanın ev sahibliyi etdiyi dünya çempionatı davam edir. Fanat.az xəbər verir ki, bu gecə iki oyun keçirilib.

Əvvəlcə Belçika və Əlcəzair qarşılaşıb. Avropa təmsilçisi afrikalılar üzərində 2:1 hesablı qələbə qazanıb.

Bundan sonra II tura start verilib. A qrupunda yer alan meydan sahibi Braziliya Meksikanı sınağa çəkib. Braziliya ilk turda Xorvatiyanı (3:1), Meksika Kamerunu (1:0) udmuşdu. Cüneyt Çakırın başçılıq etdiyi türk hakimlər briqadasının idarə etdiyi bu günkü matçda isə qalib müəyyənləşməyib - 0:0.

Qeyd edək ki, saat 03.00-da isə H qrupunun ikinci matçı oynanılacaq. Bu dəfə şimal qonşumuz Rusiya Cənubi Asiya təmsilçisi Cənubi Koreya ilə münasibətlərini aydınlaşdıracaq.

DÇ-2014
Qrup mərhələsi
18 iyun

H qrupu
21.00 Belçika - Əlcəzair 2:1
Qollar: Marouane Fellaini, 70. Dries Mertens, 80 - Sofiane Feqhouli, 24-pen.

A qrupu
Braziliya - Meksika 0:0

Qaynar.info