
Braziliyada startı verilən dünya çempionatı davam edir. Fanat.az xəbər verir ki, bu gecə A və B qruplarında oyunlar keçirilir.
B qrupunda Meksika Kamerunla qarşılaşıb və 1:0 hesabı ilə yenib (bu barədə başqa xəbərdə daha ətraflı oxu).
Günün əsas oyunu B qrupu çərçivəsində keçirilib. Belə ki, İspaniya və Hollandiya milliləri qarşı-qarşıya gəlib. Bu komandalar DÇ-2010-un finalında qarşılaşıb. Həmin vaxt ispanlar Andres İnyestanın qolu ilə qələbə qazanaraq, dünya çempionu olmuşdu. Bu dəfə isə Hollandiya intiqamını artıqlaması ilə alıb. Belə ki, oyun "narıncılar"ın 5:1 hesablı qələbəsi ilə yekunlaşıb. 27-ci dəqiqədə Xabi Alonso hesabı açıb. Bundan sonra özünə gələn Hollandiya 44-cü dəqiqədə Robin van Persinin qolu ilə bərabərliyi bərpa edib. 53-cü dəqiqədə Aryen Robben hollandları hesabda önə keçirib. 64-cü dəqiqədə Stefan de Vrij fərqlənib. 8 dəqiqə sonra van Persi, 80-ci dəqiqədə isə Robben dublunu rəsmiləşdirib.
Qrupun digər matçında isə Çili və Avstraliya ilə münasibətlərinə aydınlıq gətirəcək. Matç 03.00-da başlayacaq.
DÇ-2014
Qrup mərhələsi
B qrupu
İspaniya - Hollandiya 1:5
Qollar: Xabi Alonso, 27-pen - Robin van Persi, 44; 72. Aryen Robben, 53; 80. Stefan de Vrij, 64.
Qaynar.info




















