Xəbər lenti

DÇ-2014: İngiltərənin fiaskosu - VİDEO
İdman04:30 20.06.2014

DÇ-2014: İngiltərənin fiaskosu - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Braziliyada dünya çempionatı həyəcanı davam edir. Fanat.az xəbər verir ki, bu gecə C və D qruplarında ikinci turun oyunları keçirilib.

Öncə C qrupunda Kolumbiya Kot`D-İvuarı sınağa çəkib. Cənubi Amerika təmsilçisi afrikalıları 2:1 hesabı ilə yenərək, qrup mərhələsindəki ikinci oyununu da qələbə ilə başa vurub.

Ardınca D qrupunun oyunu baş tutub və İngiltərə Uruqvayla üz-üzə gəlib. Bu oyunda da 2:1 hesabı qeydə alınıb. İlk turda gözlənilmədən Kosta Rikaya məğlub olan Uruqvay qələbəni bayram edib. Maraqlıdı ki, cənubi amerikalıların hər iki qoluna "Liverpul"un forvardı, İngiltərə Premyer Liqasının bombardiri Luis Suares vurub.

Qeyd edək ki, bu gecə daha bir oyun baş tutacaq. Gecə saat 03.00-da C qrupunun ikinci matçı keçiriləcək və Yaponiya Yunanıstanla görüşəcək.

DÇ-2014
Qrup mərhələsi
19-20 iyun

C qrupu
Kolumbiya - Kot`D-İvuar 2:1
Qollar: Ceyms Rodriqes, 64. Xuan Quyntero, 70 - Gervinyo, 73.


D qrupu
Uruqvay - İngiltərə 2:1
Qollar: Luis Suares, 39; 85 - Ueyn Runi, 75.

Qaynar.info