Xəbər lenti

DÇ-2014: Neymarın "Oskar"lıq gecəsi - VİDEO
İdman20:18 12.06.2014

DÇ-2014: Neymarın "Oskar"lıq gecəsi - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Braziliyada təşkil olunan dünya çempionatına start verilib. Fanat.az xəbər verir ki, bu gecə turnirin açılış matçı baş tutub.

San Paulodakı eyni adlı arenada keçirilən qarşılaşmada meydan sahibi Braziliya millimizin AVRO-2016-nın seçmə mərhələsindəki rəqiblərindən olan Xorvatiyanı sınağa çəkib. Oyun braziliyalılar üçün heç də yaxşı başlamayıb. Belə ki, 11-ci dəqiqədə qapını səhv salan Marselo xorvatları sevindirib. Braziliya buna 29-cu dəqiqədə Neymarın qolu ilə cavab verib. Matçın taleyini isə baş hakim Yuişi Nişimura həll edib. Yapon referi 71-ci dəqiqədə Xorvatiyanın qapısına penalti təyin edib. Topa yaxınlaşan Neymar şansını boşa verməyərək, dublunu rəsmiləşdirib. Bundan sonra ruhdan düşən xorvatlar əlavə vaxtda üçüncü qolu da buraxıb. Bu dəfə rəqib qapısına Oskar yol tapıb.

DÇ-2014
Qrup mərhələsi
A qrupu

Braziliya - Xorvatiya 3:1

Qollar: Neymar, 29; 71-pen. Oskar, 90+1 - Marselo, 11 (avtoqol).