Rusiyada keçirilən dünya çempionatı davam edir.
Qaynarinfo xəbər verir ki, bu gün 1/8 final mərhələsinin daha 2 oyunu baş tutacaq.
Əvvəlcə Braziliya yığması Meksikanı sınağa çəkəcək. 5 qat dünya çempionu Braziliya E qrupunda İsveçrə ilə "sülh" bağlayıb (1:1), Kosta-Rika və Serbiyaya 2:0 hesabı ilə qalib gələrək, 1-ci yeri tutub. Meksika isə Almaniyaya 1:0, Cənubi Koreyaya 2:1 hesabı ilə qalib gəldikdən sonra İsveçə uduzub - 0:3. Nəticədə İsveç şəxsi oyunlardakı üstünlüyü sayəsində birinci, Meksika ikinci olub.
Günün digər oyununda Belçika ilə Yaponiya üz-üzə gələcək. Çempionatın favoritlərindən sayılan avropalılar G qrupundakı görüşlərində Panamaya (3:0), Tunisə (5:2), İngiltərəyə (1:0) qalib gəliblər və 9 xalla 1-ci yeri tutublar. Yaponiya H qrupundakı qarşılaşmalarında Kolumbiyanı 2:1 hesabı ilə yendikdən sonra Seneqalla heç-heçə edib - 2:2. Son oyunda isə asiyalılar Polşaya 0:1 hesabı ilə uduzub. Beləliklə, "gündoğar ölkə" komandası 4 xal toplayıb və eyni xala malik Seneqalı sarı vərəqələrinin azlığı səbəbindən üstələrək, 2-ci yeri tutub.
Əvvəllər Belçika və Yaponiya yığmaları 2002-ci il dünya çempionatının qrup mərhələsində üz-üzə gəlib. Həmin görüş 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.
Qeyd edək ki, bu iki qarşılaşmanın qalibləri iyulun 6-da keçiriləcək 1/4 final matçında bir-birilərinə rəqib olacaqlar. Növbəti mərhələnin ilk 2 görüşündə isə iyulun 6-da Uruqvay Fransa ilə, iyulun 7-də Rusiya Xorvatiya ilə qarşılaşacaq.
DÇ-2018
1/8 final
2 iyul
18.00 Braziliya - Meksika
Hakimlər: Canluka Rokki, Elenito Di Liberatore, Mauro Tonolini (İspaniya), Antonio Migel Mateu Laos, Pau Sebrian Devis (İspaniya)
Samara. "Samara Arena"
22.00 Belçika - Yaponiya
Hakimlər: Malanq Dyodiu, Cibril Kamara, Əl-Hacı Samba (Seneqal), Bakari Qassama (Qambiya), Jan Klod Birumuşahu (Burundi).
Rostov-Don. "Rostov Arena".