Qaynarinfo xəbər verir ki, bu gün D qrupunda II tura start verilib.
Qrupun bu gün baş tutan oyununda Argentina Xorvatiyanı sınağa çəkib. Turnirin favoritlərindən olan Lionel Messinin komandası xorvatlara böyük hesabla uduzub - 0:3. Xorvatiyanın heyətində Ante Rebiç, Luka Modriç və İvan Rakitiç fərqlənib. Beləliklə, İlk turda İslandiya ilə "sülh" bağlayan Argentina 1/8 final şansını çətinə salıb.
Qeyd edək ki, qrupun digər oyunu sabah Nigeriya və İslandiya arasında keçiriləcək.
DÇ-2018
D qrupu
II tur
21 iyun
Argentina - Xorvatiya 0:3
Qollar: Ante Rebiç, 53. Luka Modriç, 80. İvan Rakitiç, 90+2.
Ehtiyat oyunçular: 1. Dominik Livakoviç, 12. Lovre Kaliniç, 13. Tin Yedvay, 14. Filip Bradariç, 15. Duje Kaleta-Kar, 19. Milan Badeli, 20. Marko Pyaça, 22. Yosip Pivariç.
Baş məşqçi: Zlatko Daliç.
Sarı vərəqələr: Qabriel Merkado, 51. Nikolas Otamendi, 85. Markos Akunya, 88 - Ante Rebiç, 39. Mario Mancukiç, 59. Şime Vrsaliko, 67. Marselo Brozoviç, 90+4.