Qaynarinfo xəbər verir ki, bu gün 1/8 final mərhələsinin daha 2 görüşü baş tutub.
Günün ikinci qarşılaşması Xorvatiya ilə Danimarka arasında oynanılıb. Oyunun əsas və əlavə vaxtında qalib müəyyənləşməyib - 1:1. Hesabı 2-ci dəqiqədə Matias Yorgensen açıb. Xorvatiya 2 dəqiqə sonra Mario Mancukiçin qolu ilə bərabərliyi təmin edib. Xorvatların 117-ci dəqiqədə oyunun taıeyini həll etmək şansı olsa da, Luka Modriç prnaltini vura bilməyib.
Cütün qalibi enalti seriyasında müəyynləşib. Danimarka futbolçuları 5 zərbədən cəmi 2-sini dəqiq yerinə yetirib. Xorvatlar isə 3 zərbəni qola çevirərək 1/4 finala çıxıblar.
Qeyd edək ki, bir gün əvvəl Fransa Argentinanı, Uruqvay Portuqaliyanı mübarizədən kənarlaşdıraraq 1/4 finala vəsiqə qazanıb. Bu komandalar yarımfinala vəsiqə uğrunda mübarizə paracaq. Günün ilk qarşılaşmasında isə Rusiya İspaniyanı penalti seriyasında yenərək 1/4 finala çıxıb. Ruslar bu mərhələdə Xorvatiya ilə qarşılaşacaq.
DÇ-2018
1/4 final
1 iyul
Xorvatiya - Danimarka 1:1 (Penalti - 3:2)
Qollar: Mario Mancukiç, 4 - Matias Yorgensen, 2.
İstifadə olunmayan penalti: Luka Modriç, 117.
Penalti seriyası: Andrey Kramariç, Luka Modriç, İvan Rakitiç - Simon Kyaer, Maykl Kron-Dehli.
Qol olmayan penaltilər: Milan Badel, Yosip Pivariç - Kristian Eriksen, Lasse Şköne, Nikolay Yorqensen.
Ehtiyat oyunçular: 1. Dominik Livakoviç, 12. Lovre Kaliniç, 5. Vedran Korluka, 14. Filip Bradariç, 15. Duje Kaleta-Sar, 13. Tin Yedvay, 20. Marko Pyasa.
Baş məşqçi: Zlatko Daliç.
Danimarka: 1. Kasper Şmeyxel, 4. Simon Kyaer (k), 5. Yonas Knudsen, 6. Andreas Kristensen (19. Lasse Şköne, 46), 8. Tomas Delani (2. Maykl Kron-Dehli, 98), 10. Kristian Eriksen, 11. Martin Breytueyt (23. Pione Sisto, 106), 13. Matias Yorgensen, 14. Henrik Dalsqaard, 20. Yussuf Yurari Poulsen, 21. Andreas Kornelius (9. Nikolay Yorqensen, 66).
Ehtiyat oyunçular: 16. Yonas Lössl, 22. Frederik Ronnov, 3. Yannik Vesterqaard, 7. Villiam Kvist, 12. Kasper Dolberq, 15. Viktor Fişmer, 17. Striger Larsen, 18. Lukas Lerager.