Xəbər lenti

DÇ-2022 matçına təyinat alan FİFA rəsmisinin ölüm səbəbləri açıqlandı
İdman14:00 06.04.2022

DÇ-2022 matçına təyinat alan FİFA rəsmisinin ölüm səbəbləri açıqlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Nigeriya Futbol Federasiyası Abuja şəhərində baş tutan DÇ-2022-nin Afrika zonası üzrə pley-off mərhələsində baş tutan Nigeriya - Qana matçında zambiyalı həkim Cozef Kabunqonun ölümünün əsl səbəblərini təsdiqləyib.
Qaynarinfo Afrika mətbuatına istinadən xəbər verir ki, matça FİFA tərəfindən dopinq nümayəndəsi kimi təyinat alan Kabunqonun qəfil ürəktutması səbəbindən öldüyü bildirilib. Həkimin meyidinin üç gün sonra ailə üzvlərinin də müşaiyəti ilə dəfn üçün Zambiyaya göndərildiyi bildirilib. 
Qarşılaşamaya dopinq nəzarətçisi kimi dəvət alan Kabunqo Qana millisinin üzvlərindən bəzi nümunələr götürüb paltardəyişmə otağından çıxandan sonra rəqib futbolçuların olduğu yerə gedərkən dəhlizdə qəfil ürəktutmasından yıxılaraq dünyasını dəyişib.
NFF-nin İcraiyyə Komitəsi Zambiya Futbol Federasiyasına və mərhumun yaxınlarına başsağlığı da verib.
Səbuhi Həsənov