Bu gün DÇ-2018-in 1/8 final mərhələsinə start veriləcək.
Qaynarinfo-nun xəbərinə görə, ilk oyun günündə iki görüş keçiriləcək.
Mundialın favoritlərindən sayılan Fransa Lionel Messinin kapitanı olduğu Argentina millisi ilə üz-üzə gələcək. Ulduz futbolçuların cəmləşdiyi yığmaların oyunu maraqla gözlənilir.
Digər görüşdə isə Uruqvay və Portuqaliya milliləri qarşılaşacaq. Qrup mərhələsində keçirdiyi 3 oyunda qol buraxmadan lider kimi pley-offa yüksələn cənubi amerikalılar Kriştiano Ronaldonun komandası ilə görüşdə də uğurlu seriyasını dava etdirməyə çalışacaq. Qrupdan çətinliklə çıxan Priney təmsilçisi də qələbə əzmindədir.
DÇ-2018
1/8 final
30 iyun
18:00. Fransa – Argentina
Baş hakim: Alirza Fagani (İran)
Kazan, "Kazan Arena”
22:00. Uruqvay – Portuqaliya
Baş hakim: Sezar Arturo Ramos (Meksika)
Soçi, "Fişt Stadionu”