Xəbər lenti

Dadaşov qol vurdu, İspaniya qalib gəldi - Bakıda Pireney derbisi olacaq!
İdman17:45 18.05.2016

Dadaşov qol vurdu, İspaniya qalib gəldi - Bakıda Pireney derbisi olacaq!

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakıda keçirilən 17 yaşadək futbolçulardan ibarət yığmalar arasındakı Avropa çempionatında 2-ci finalçının da adına aydınlıq gəlib.

Qaynarinfo.az xəbər verir ki, bu, İspaniya millisi olub. Onlar 2:1 hesabı ilə qalib gəliblər. 

Halbuki hesabı Almaniya açıbmış. Atası azərbaycanlı olan Renat Dadaşov yerli azarkeşlərin Mərdəkanda qaldırdığı 3 dildə "Evə, xoş gəlmisən" bannerindən ruhlanaraq 11-ci dəqiqədə qol vurub. Bu onun qitə çempionatında vurduğu 2-ci qoldur.

Lakin ispanlar Abel Ruis (64) və Brahim Diasın (78) qolları ilə önə keçiblər. Almanlar son dəqiqələrdə Yan-Kristof Bartels qırmızı vərəqə alıb.

Beləliklə, 8-ci km qəsəbəsində keçiriləcək final görüşündə Pireney derbisi olacaq. Çünki həmin yarımadanı təmsil edən Portuqaliya və İspaniya mayın 21-də üz-üzə gələcəklər.

Qaynarinfo.az