Xəbər lenti

Daha 2 bank birləşir
Ekonomiks10:38 22.02.2016

Daha 2 bank birləşir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Atrabank" və "Qafqaz İnkişaf Bankı" birləşəcəklər.

Qaynar.info azvision.az-a istinadən bildirir ki, bu barədə məlumatı "Atrabank"ın mətbuat xidməti yayıb.

"Prezident İlham Əliyevin göstəriş və tövsiyyələrində bank sektorunun sağlamlaşdırılmasının əsas yollarından biri kimi bankların konsalidasiyası nəzərdə tutulub. Bunu əsas tutaraq lisenziyaları alınmış "Atrabank" və "Qafqaz İnkişaf Bank"nın səhmdarları birləşmə haqqında qərar qəbul ediblər.

Qanunvericiliyə əsasən, bu məsələ məhkəmə yolu ilə həll olunmalıdır. Ona görə də bu banklar məhkəməyə müraciət ediblər və məhkəmə 18 fevral tarixində bu iki bankın birləşməsi haqqında qərar qəbul edib", - deyə məlumatda qeyd edilir.

Qaynar.info