Ekonomiks 12:20 24.09.2022

Daha 4 rayonda “Açıq mikrofon” aksiyaları keçiriləcək

Növbəti həftə (26-27.09.2022 və 29-30.09.2022 tarixləri) daha 4 rayonda saat 11:00-dan 12:00-dək Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsal Birliyinin "Açıq mikrofon” aksiyaları keçiriləcək.

Qaynarinfo "Azəriqaz”a istinadən xəbər verir ki, aksiya həftənin 1-ci günü Xaçmaz rayonunda (Heydər Əliyev küçəsi, Zəfər Parkı), 2-ci günü Şabran rayonunda (Heydər Əliyev Mərkəzinin qarşısı), 4-cü günü Quba rayonunda (Heydər Əliyev prospekti, Gənclər Parkı), 5-ci günü isə Qusar rayonunda (Heydər Əliyev Mərkəzi) baş tutacaq.

Vətəndaşlar qeyd olunan ünvanlara yaxınlaşaraq "Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.