Xəbər lenti

Daha 5 rayonda "Azəriqaz"ın "Açıq mikrofon"u qurulacaq (FOTO)
Ekonomiks08:03 20.08.2022

Daha 5 rayonda "Azəriqaz"ın "Açıq mikrofon"u qurulacaq (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
SOCAR "Azəriqaz” İstehsalat Birliyinin "Açıq mikrofon” aksiyası davam edir. Növbəti həftə (22-26.08.2022 tarixləri) daha 5 rayonda vətəndaşlarla "Açıq mikrofon” aksiyaları keçiriləcək.
Qaynarinfo xəbər verir ki, aksiya həftənin 1-ci günü saat 12:00-dan 14:00-dək Şamaxı rayonunda (Heydər Əliyev Parkı), 2-ci günü  saat 11:00-dan 13:00-dək İsmayıllı rayonunda (Heydər Əliyev Parkı ), 3-cü günü saat 13:00-dan 15:00-dək Kürdəmir rayonunda (Heydər Əliyev Parkı), 4-cü günü saat 11:00-dan 13:00-dək Göyçay rayonunda (Əli Kərim adına şəhər Parkı), 5-ci günü saat 11:00-dan 13:00-dək Ucar rayonunda (Heydər Əliyev Parkı) baş tutacaq.
Vətəndaşlar qeyd olunan ünvanlara yaxınlaşaraq "Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.