Xəbər lenti

Daha bir azərbaycanlı futbolçu Latviya klubunda
İdman14:34 12.03.2023

Daha bir azərbaycanlı futbolçu Latviya klubunda

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Latviyanın "Dauqavpils” klubu Ramin Nəsirlinin ardından daha bir azərbaycanlı futbolçunu heyətinə qatıb.
Qaynarinfo xəbər verir ki, "Turan Tovuz”un yarımmüdafiəçisi Nazim Həsənzadə də Latviya çempionatında oynayacaq.
20 yaşlı mərkəz yarımmüdafiəçisi mayın 31-nə qədər icarədə oynayacaq.
Daha öncə "Neftçi”nin yarımmüdafiəçisi Ramin Nəsirli "Dauqavpils”lə bu ilin sonunadək icarə müqaviləsi bağlamışdı.
Azərbaycanlı futbolçular bu gün "Dauqavpils” ilk rəsmi oyunlarına çıxacaqlar. Onlar Latviya çempionatında yeni mövsümün ilk turu çərçivəsində "Tukums 2000” kollektivi ilə səfər matçının start heyətində yer alıblar. Qarşılaşma saat 17:00-da başlayacaq.