Xəbər lenti

Daha bir azərbaycanlı futbolçu Portuqaliya klubuna keçdi - FOTO
İdman10:40 21.07.2016

Daha bir azərbaycanlı futbolçu Portuqaliya klubuna keçdi - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Daha bir azərbaycanlı futbolçu Portuqaliyada oynayacaq.

Qaynarinfo.az xəbər verir ki, Portuqaliyanın "Tondela" klubuna keçən Elnur Cəfərovun ardından Emin Mahmudov da Pireney yarımadasında legioner həyatı yaşayacaq.

Azərbaycanın Saatlı rayonunda doğulan, lakin Rusiyada yaşayan Emin Portuqaliyanın məşhur klublarından olan "Boavişta"ya keçib. Ötən mövsümü Rusiyanın "Mordoviya" klubunda keçirmiş Moskva "Spartak"ının 24 yaşlı sabiq yarımmüdafiəçisi Portu təmsilçisi ilə 2 illik müqavilə bağlayıb.

Qeyd edək ki, Emin Mahmudov Portuqaliyada oynayacaq 4-cü azərbaycanlı olacaq. Elnur və Emindən əvvəl Vəli Qasımov və Amit Quluzadə bu ölkədə çıxış edib.

Qaynarinfo.az