Daha bir azərbaycanlı müğənni soyunaraq, klip çəkdirmək üçün hazırlıqlara başlayıb. JAM.AZ-a verilən məlumata görə, son dövrlər səhnəyə çıxan Ləman Əlizadə Türkiyədə olan tanınmış prodüsser Sipan Baburun nəzərindən qaçmayıb.
O model kimi özünü təsdiqləmiş Ləman Əlizadəni dinlədikdən və eyni zamanda rəqslərinə tamaşa etdikdən sonra gələcəkdə ondan məşhur müğənni olacağını söyləyib. Elə buna görə də, Ləmanı Türkiyəyə dəvət edib.
Azərbaycanlı müğənni İstanbulda yeni mahnılar və duetlər oxuyacaq. Eyni zamanda, özünün yeni klipini çəkdirəcək. İddiaya görə, yataq səhnələrinin əks olunacağı klipdə Ləman Əlizadə çılpaq görünüşləri ilə diqqəti çəkəcək.
Qaynar.info