Xəbər lenti

Daha bir dünyaca məşhur futbolçu karyerasını bitirdi
İdman17:57 21.10.2022

Daha bir dünyaca məşhur futbolçu karyerasını bitirdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Bavariya"nın və Fransa millisinin sabiq futbolçusu Frank Riberi karyerasını bitirdiyini açıqlayıb.
Qaynarinfo xəbər verir ki, 39 yaşlı futbolçu ötən gün butslarını mismardan asmağa qərar verib. Bu haqda "Bavariya"nın rəsmi saytında məlumat yerləşdirilib. 
Riberi 2007-ci ilin yayında "Bavariya"ya transfer olunub. Cinah yarımmüdafiəçisi Münhen klubunda keçirdiyi 12 il ərzində doqquz dəfə Bundesliqa çempionu olub, altı dəfə Almaniya Kubokunu başı üzərinə qaldırıb. Təcrübəli futbolçu həmçinin Çempionlar Liqasının, UEFA Superkubokunun və FİFA-nın bayrağı altında keçirilən Klublararası Dünya Kubokunun qalibi adını da qazanıb. O, 2013-cü ildə "Bavariya"nın heyətində çıxış edən zaman Avropada ilin futbolçusu seçilib. Karyerası titul baxımından zəngin olan Riberi, sözügedən komandanın formasında meydana çıxdığı 425 oyunda, 124 qola, 182 məhsuldar ötürməyə müəlliflik edib.
"Bavariya"dan ayrıldıqdan sonra Riberi karyerasını İtaliyada davam etdirib. O, əvvəlcə "Fiorentina"ya daha sonra "Salernitana"ya transfer olunub. 
Səbuhi Həsənov