Xəbər lenti

Daha bir əsgərimizi itirdik
Ölkə05:48 06.08.2014

Daha bir əsgərimizi itirdik

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan Ordusu daha bir əsgərini itirib.

APA-nın məlumatına görə, hadisə cəbhə bölgəsində qeydə alınıb. Azərbaycan Ordusunun əsgəri Tərlanlı Sahil Yaşar oğlu aldığı güllə yarasından dünyasını dəyişib. Onun hansı şəraitdə güllə xəsarəti aldığı hələlik məlum deyil.
 
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya əsgərin ölüm faktını təsdiqləyiblər.
 
Faktla bağlı Hərbi Prokurorluq tərəfindən cinayət işi başlanıb, araşdırmalar davam etdirilir. 

***

Anspress-in məlumatına görə, 1996-cı il təvəllüdlü Sahil Yaşar oğlu Tərlanlı açılan atəş nəticəsində ölüb.

Qeyd edək ki, Sahil Tərlanlı Ağsu rayonundan həqiqi hərbi xidmətə çağırılıb.

Qaynar.info