Xəbər lenti

Daha bir futbolçu milyarder olur
İdman09:05 23.08.2020

Daha bir futbolçu milyarder olur

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Barselona"nın ulduzu Lionel Messi karyerası ərzində 1 milyard dollar qazanan ikinci futbolçu olmağa hazırlaşır.
Qaynarinfo "Forbes" dərgisinə istinadən xəbər verir ki, argentinalı futbolçu 2020/21 mövsümünü "Barselona"da başa vuracağı halda ümumi qazancı 1 milyard dollara çatacaq.
Messi ötən mövsüm gəliri 1 milyard dollara çatan Kriştianu Ronaldudan sonra bu siyahıda yer alan 2-ci futbolçu, ümumilikdə isə 4-cü idmançı olacaq. İndiyədək Ronaldudan başqa qolfçu Tiqer Vuds və boksçu Floyd Meyvezer 1 milyard dollar qazanan idmançılar olub.