Daha bir futbolçumuz karyerasını Türkiyədə davam etdirəcək. Fanat.az xəbər verir ki, Anar Nəzirov qardaş ölkəyə üz tutub.
Bu barədə klubun "Facebook" səhifəsi məlumat yayıb. Müqavilənin detalları barədə məlumat verilmir.
Qeyd edək ki, Anar Nəzirov karyerası ərzində "Qəbələ", "Sumqayıt", "Turan", "Standard", "Kəpəz" və "Neftçi"də çıxış edib. 28 yaşlı qolkiper 2 dəfə A millinin formasını geyinib.
Qaynar.info