Xəbər lenti

Daha bir karateçimiz II Avropa Oyunlarında iştirak edəcək
İdman17:00 26.04.2019

Daha bir karateçimiz II Avropa Oyunlarında iştirak edəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Belarusun paytaxtı Minskdə keçiriləcək II Avropa Oyunlarında Azərbaycanı daha bir karateçi təmsil edəcək. 
Qaynarinfo-nun məlumatına görə, Avropa Karate Federasiyasının (EKF) oyunlarla bağlı xüsusi göstəricilərə əsasən qərarı ilə, Rafiz Həsənov (67 kq) öz çəki dərəcəsində mübarizə aparacaq 8 idmançı arasına daxil edilib.
50 ölkədən 4000-dən artıq idmançının 15 növ üzrə mübarizə aparacağı 2-ci Avropa Oyunlarında Azərbaycanın 7 karateçisi mübarizə aparacaq. Bunlar Firdovsi Fərzəliyev (60 kq), Rafiz Həsənov (67 kq), Rafael Ağayev (75 kq), Asiman Qurbanlı (+84 kq) və Roman Heydərov (kata), eləcə də Nuranə Əliyeva (50 kq) və İrina Zaretskadır (68 kq) .
Qeyd edək ki, 2-ci Avropa Oyunları 1-30 iyunda baş tutacaq. Karate yarışları 29-30 iyunda Minskin Çijovka-Arena kompleksində keçiriləcək.