Xəbər lenti

Daha bir marşrut xətti nağdsız ödənişə keçdi
Ölkə10:56 01.11.2016

Daha bir marşrut xətti nağdsız ödənişə keçdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakı Nəqliyyat Agentliyini ictimai nəqliyyatda vahid ödəmə kart sisteminə keçidlə bağlı daşıyıcılar qarşısında qoyduğu tələbin yerinə yetirilməsi istiqamətində işlər davam etdirilir.

Bakı Nəqliyyat Agentliyinin (BNA) İctimaiyyətlə əlaqələr və maarifləndirmə sektorundan verilən məlumata görə, 88 saylı marşrut xəttindən istifadə edən sərnişinlər gediş haqqını "BakıKart" vasitəsi ilə ödəyəcək. 

Vahid ödəmə kart sisteminə keçidlə əlaqədar olaraq 88 saylı marşrut xətti üzrə 30 avtobusda validatorlar quraşdırılıb. 

Qaynarinfo.Az