Xəbər lenti

Daha bir məşhur ispan klubundan Mahir Emreliyə təklif
İdman09:26 02.08.2019

Daha bir məşhur ispan klubundan Mahir Emreliyə təklif

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Milli komandamızın və "Qarabağ”ın futbolçusu Mahir Emreliyə daha bir İspaniya klubundan təklif var.
Qaynarinfo "Gol Digital”a istinadən xəbər verir ki, 22 yaşlı hücumçunu "Almeriya" klubu da heyətinə qatmaq istəyir. Bundan əvvəl isə Mahiri "Estremadura” və "Malaqa” klublarının istədiyi bildirilirdi.
İddiaya görə, futbolçunun İspaniyaya transferi "Qarabağ”ın Çempionlar Liqasındakı çıxışından asılıdı. Belə ki, Azərbaycan çempionu Çempionlar Liqasında mübarizəni dayandırsa, Mahirin keçidi reallaşacaq və forvard bu 3 klub arasında seçim edəcək.
Qeyd edək ki, 1989-cu illdə yaradılan "Almeriya" klubu İspaniyanın Əndəlüs vilayətinin Almeriya şəhərini təmsil edir. Komanda indiyədək 6 mövsüm La Liqada çıxış edib. Hazırda isə Sequnda divizionunda mübarizə aparır. Oskar Fernandesin başçılıq etdiyi kollektiv son mövsümdə 10-cu pilləni tutub.