Xəbər lenti

Daha bir qadın itkin düşdü: üç uşağı ilə birlikdə (FOTO)
Ölkə13:07 27.08.2019

Daha bir qadın itkin düşdü: üç uşağı ilə birlikdə (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Siyəzəndə 30 yaşlı qadın itkin düşüb.
DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Qaynarinfo-ya verilən məlumata görə, Siyəzən rayonunun Yenikənd kənd sakini, 30 yaşlı Həmzəliyeva Gülnar Xanbala qızı cari ilin iyul ayının 23-də səhər saatlarında üç azyaşlı övladı ilə birlikdə yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.
Gülnar Həmzəliyevanın əlamətləri belədir: boyu 155 sm, yumru sifətli, kök bədən quruluşlu, şabalıdı saçlı. Gözlərinin rəngi qəhvəyidir. Evdən çıxan zaman onun əynində qara-qırmızı güllü don və ağ rəngli ayaqqabı olub.  
Şəkildə gördüyünüz qadını tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in "102 Zəng Mərkəzi" Xidmətinə, həmçinin, Siyəzən Rayon Polis Şöbəsinə 02330-4-13-03 şəhər, 051-772-06-06 və 077-390-70-75 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.