
Ermənistanın "Şirak" klubunun serbiyalı futbolçusu Nemanya Stoşkoviç Azərbaycana qarşı hörmətsizlik edib.
Qaynar.info armsport.am-a istinadən xəbər verir ki, 26 yaşlı hücumameyilli yarımmüdafiəçi Ermənistan çempionatının XIX turunun "Ararat"la görüşündə vurduğu qoldan sonra formasını çıxarıb. O, qolu üzərində ingilis dilində "Qarabağ Ermənistandır" (Karabakh is Armenia) sözləri yazılmış maykasını azarkeşlərə göstərməklə qeyd edib.
Qeyd edək ki, aprelin 2-də keçirilmiş bu görüş 1:1 hesabı ilə başa çatıb.
Xatırladaq ki, Londonun "Çelsi" klubunun serb futbolçusu Nemanya Matiç də vaxtı ilə erməni işğalçılarına dəstək olub. O, Ermənistan yığmasının azarkeşləri ilə şəkil çəkdirmiş, daha sonra üzərində "Qarabağ - Ermənistan, Kosovo - Serbiya" yazılmış plakatla çəkilmiş fotosunu sosial şəbəkələrdə paylaşmışdı.
Qaynar.info