Dünyanın nəhəng klublarından olan "EC Boxing"in üzvü İqor Şevadzutski Ukraynadakı müharibəyə qatılaraq ölkəsini müdafiə etmək qərarına gəlib.
Qaynarinfo xəbər verir ki, ötən il "EC Boxing"lə müqavilə bağlamış ağır çəkili boksçu ölkələrini və övladlarını qorumağa ehtiyac duyduqlarını bildirib: "Ukrayna xalqı son dərəcə dincdir, lakin biz vətənimizi qorumaq üçün canımızı verməyə hazırıq. Necə ki, qurtuluş savaşında türklər də bunu etdi”.
Klubun İdarə Heyətinin sədri Erol Ceylan, mətbuat müşaviri Vedat Alyaz çox təhlükəli bir missiyaya qədəm qoyan boksçunu tam dəstəklədiklərini bildirib.
Şevadzutski ölkəsi üçün döyüşə qatılan yeganə boksçu deyil. Ağır çəki üzrə dünya çempionları Xitsko qardaşları, o cümlədən Aleksandr Usık və Vasili Lomaçenko da öz ölkələrini Rusiyanın işğalına qarşı müdafiə etmək üçün ordu sıralarına qoşulmuşdular.
Səbuhi Həsənov