Ukrayna klubu "Krivbas"ın sabiq futbolçusu Volodimir Kolesnik Rusiya ilə müharibədə həlak olub.
Qaynarinfo xəbər verir ki, bu haqda klubun rəsmi saytı məlumat yayıb. Məlumata əsasən Avdeyevkadakı döyüşlərdə ağır yaralanıb. Kolesnik Dneprdəki xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Kolesnik bir dəfə "Krivbas"da əsas komanda ilə məşqlərə qatılıb. Əsasən Ukraynanın həvəskar klublarında çıxış edən futbolçu veteran komandanın da şərəfini qoruyub.
Buna qədər "Qostomel"dən Dmitri Martinenko, "Karpati"dan (Lvov) Vitali Sapilo və "Sluç"dan Boqdan Semençuk da müharibədə həlak olub.
Səbuhi Həsənov