Xəbər lenti

Daha bir ulduz Səudiyyə Ərəbistanı klubuna transfer olundu
İdman13:13 30.01.2024

Daha bir ulduz Səudiyyə Ərəbistanı klubuna transfer olundu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Sevilya”nın futbolçusu İvan Rakitiçin yeni klubu müəyyənləşib. 
Qaynarinfo-nun məlumatına görə, təcrübəli yarımmüdafiəçi Səudiyyə Ərəbistanı təmsilçisi "Al-Şabab"la müqavilə imzalayıb. 
Xorvatiyalı müxtəlif vaxtlarda ümumilikdə yeddi il (2011/2014, 2020/2024) oynadığı "Sevilya”da 323 oyunda iştirak edib, bu müddətdə 51 qola 63 məhsuldar ötürməyə imza atıb. Onun rekorduna iki Avropa Liqası çempionluğu da (2013-2014 və 2022-2023) daxildir . 
Rakitiç "Sevilya”da ən çox oyun keçirən əcnəbi oyunçu ünvanına da yiyələnib. Bu səbəbdən o, klub tarixinin ən yaxşı futbolçularından biri hesab olunur. 
Səbuhi Həsənov