Xəbər lenti

Daha bir vəzifəli şəxs işdən çıxarıldı
Ölkə14:42 11.08.2022

Daha bir vəzifəli şəxs işdən çıxarıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) İnsan resursları sektorunun müdiri Fuad Əsgərov vəzifəsindən azad edilib.
BŞTİ-dən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Elm və Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən, Əsgərov Fuad Cavanşir oğlu ilə bağlanmış əmək müqaviləsinə 29 iyul 2022-ci il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "a” bəndinə əsasən xitam verilib.
İnsan resursları sektorunun müdiri vəzifəsi üzrə əmək funksiyalarının icrası müvəqqəti olaraq BŞTİ-nin əməkdaşına həvalə edilib.