Xəbər lenti

Danilo rəsmən "Real"da
İdman18:29 09.07.2015

Danilo rəsmən "Real"da

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Real” yeni transferi Danilo Luis da Silvanın keçidini rəsmiləşdirib.

Qol.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, braziliyalı müdafiəçi ilə 6 illik müqavilə imzalanıb.

Bu transfer üçün Madrid təmsilçisi 24 yaşlı oyunçunun sabiq klubu "Portu"ya 35 milyon avro ödəyib.

İmzalanma mərasimindən sonra Danilo deyib: "Xəyallarım gerçək oldu. Bu gün həyatımın ən xoşbəxt günlərindən biridir".

Qeyd edək ki, Danilo Braziliya millisinin də şərəfini qoruyur.