Danimarka Basketbol Federasiyası Ukraynaya dəstək məqsədilə FIBA-nı Rusiya komandalarını bütün turnirlərdən kənarlaşdırmağa çağırıb.
Qaynarinfo xəbər verir ki, danimarkalılar yaydıqları bəyanatda Rusiya komandalarının yer aldığı heç bir matçda iştirak etməyəcəklərini açıqlayıblar.
Danimarka Basketbol Federasiyasının bəyanatında bu sözlər yazılıb:
"Danimarka Basketbol Federasiyası Rusiyanın hərbi işğalı ilə əlaqədar Ukrayna xalqına dərin rəğbət bəsləyir. FIBA-ya yazdıq və cümə günü aşağıdakı bəyanatı verdik: Danimarka Basketbol Federasiyası FİBA-nı və Avropanı Rusiyanın Ukraynaya təcavüzünü pisləməyə çağırır. Biz də xahiş edirik ki, Rusiya bütün turnirlərdən kənarlaşdırılsın. Danimarka Basketbol Federasiyası Rusiyanın iştirak etdiyi oyunlarda və ya tədbirlərdə yer almayacaq. Ümid edirik ki, bütün FİBA üzvləri bir araya gələrək Ukraynaya rəğbətimizə və dəstəyimizə qoşulacaq".
Səbuhi Həsənov