Xəbər lenti

Daşınmaz əmlak bazarında qiymət artımı gözlənilirmi? (AÇIQLAMA)
Ekonomiks16:41 10.03.2025

Daşınmaz əmlak bazarında qiymət artımı gözlənilirmi? (AÇIQLAMA)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Hazırda ipoteka ilə satışa çıxarılan evlərin qiymətində artım müşahidə olunur".
Bunu Qaynarinfo-ya açıqlamasında əmlak eksperti Elnur Azadov deyib. 
Ekspert fərdi mənzillərin qiymətində artımın olmadığını qeyd edib:
"Əmlak bazarında hələ canlanma yoxdur. Çünkü bazarda alıcı qıtlığı var". 
İnşaat materiallarının qiymətinə gəlincə, ekspert bu sahədə hər hansı bir dəyişikliyin olmadığını vurğulayıb:
"Əksinə, armaturun ötən illə müqayisədə qiyməti enib. Sementin qiymətində artım var. Əmlak bazarında qiymətin enməsi kütləvi mülkü inşaatdan asılıdır. Kütləvi inşaat olmadığından rəqabət zəifdir".
Bahar Rüstəmli