Xəbər lenti

"Davam" Şəmkir və Ucarda silsilə tədbirlər keçirdi (FOTOLAR)
Ölkə09:33 25.10.2022

"Davam" Şəmkir və Ucarda silsilə tədbirlər keçirdi (FOTOLAR)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Davam” Gənclər Hərəkatı tərəfindən 44 günlük Vətən müharibəsinin ikinci ildönümü ilə əlaqədar olaraq keçirilən "ZəfərimİZ” kampaniyası çərçivəsində gənclərlə və gənclər üçün ümumrespublika miqyaslı silsilə tədbirlər davam edir.  
Kampaniya çərçivəsində Şəmkir Gənclər Evi, Şəmkir və Ucarda yerləşən Heydər Əliyev Mərkəzlərində region gəncləri ilə baş tutan görüşlər zamanı Azərbaycanın 44 gün ərzində keçdiyi şanlı Zəfər yolu, regiondakı geosiyasi şərait, postmüharibə dövrünün reallıqları, "Davam” Gənclər Hərəkatının fəaliyyəti, gördüyü işlər və gənclər üçün yaratdığı imkanlar haqqında ətraflı məlumat verilib, gənclərin çoxsaylı sualları cavablandırılıb.  
Ümumilikdə kampaniya çərçivəsində Şəmkir və Ucarda baş tutan görüşlərdə 500-dən çox gənc iştirak edib.