Xəbər lenti

Daxili Qoşunlarda işləmək istəyənlərin nəzərinə!
Ölkə11:08 11.04.2013

Daxili Qoşunlarda işləmək istəyənlərin nəzərinə!

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycan Daxili İşlər Nazirliyinin Daxili Qoşunları işə qəbul elan edir.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, azı üç il psixologiya ixtisası üzrə iş təcrübəsi olan, hərbi qulluqçular arasında mənəvi-psixoloji iş aparmaq bacarığına malik, hərbi xidmət keçmiş, fiziki və sağlamlıq vəziyyətinə görə Daxili Qoşunlarda xidmətə yararlı Azərbaycan vətəndaşları işə dəvət edilir.

Əlavə məlumat almaq istəyənlər (012) 560-27-00 nömrəli telefonla Daxili İşlər Nazirliyi Daxili Qoşunlar Baş İdarəsinin Kadrlar şöbəsinə müraciət edə bilərlər.

Qaynar.info