Xəbər lenti

DÇ-2022: Portuqaliya uduzdu, Mərakeş millisi yarımfinalda
İdman17:05 10.12.2022

DÇ-2022: Portuqaliya uduzdu, Mərakeş millisi yarımfinalda

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Mərakeş millisi Qətərdə keçirilən dünya çempionatında yarımfinala vəsiqə qazanıb.
Qaynarinfo-nun məlumatına görə, Afrika təmsilçisi 1/4 finalda Portuqaliya yığmasını minimal hesabla məğlub edib - 1:0. Yeganə qolu 42-ci dəqiqədə Yussuf En-Nesiri vurub.
90+3-cü dəqiqədə Mərakeşin hücumçusu Valid Keddira 2-ci sarı vərəqə ilə meydandan qovulub.
Afrikalıların növbəti mərhələdəki rəqibi İngiltərə - Fransa cütünün qalibi olacaq.
Qeyd edək ki, daha əvvəl Xorvatiya və Argentina yığmaları yarımfinala adlayıb.