Xəbər lenti

DÇ-2026: ABŞ millisi 1/8 finalda
İdman 08:52 02.07.2026

DÇ-2026: ABŞ millisi 1/8 finalda

Futbol üzrə dünya çempionatında ABŞ Bosniya və Herseqovina millisinə qalib gəlib.

Qaynarinfo-nun məlumatına görə, San-Fransisko stadionunda keçirilən 1/16 final mərhələsinin matçında ev sahibləri 2:0 hesablı qələbəyə seviniblər.

45-ci dəqiqədə Folarin Baloqan, 82-ci dəqiqədə isə Malik Tillman adlarını tabloya yazdırıblar.

Amerikalılar qarşılaşmanı 10 nəfərlə bitiriblər. İlk qolu vuran Baloqan 64-cü dəqiqədə kobud oyuna görə birbaşa qırmızı vərəqə ilə cəzalandırılıb.

ABŞ seçməsi 1/8 finalda Belçika ilə üz-üzə gələcək.
--> -->