Futbol üzrə dünya çempionatında Belçika Misirlə qarşılaşıb.
Qaynarinfo-nun məlumatına görə, Sietl stadionunda keçirilən G qrupunun matçında qalib müəyyənləşməyib - 1:1.
Afrikalıların heyətində Emam Aşur (19), Avropa təmsilçisində isə Romelu Lukaku (66) diqqət mərkəzinə düşüb.
Ötən gecə həmçinin Səudiyyə Ərəbistanı - Uruqvay oyunu keçirilib. Mayami stadionunda baş tutan H qrupunun matçında tərəflər hərəyə 1 qol vurublar.
Görüşdə hesabı asiyalılar açıblar. 41-ci dəqiqədə Abdulelah Alamri fərqlənib. Uruqvaylılara 1 xal qazandıran qolu 80-ci dəqiqədə Maksimiliano Arauxo vurub.
İran isə Yeni Zelandiya ilə qarşılaşıb. Okeaniya dövləti oyunda ilkin qola imza atıb. Belə ki, Yeni Zelandiya yığmasının heyətində Elayja Cast 7-ci dəqiqədə fərqlənib. Oyunun 32-ci dəqiqəsində İran futbolçusu Ramin Rezayan hesabı bərabərləşdirib.
Lakin ikinci hissədə Elayja Cast dubla imza atsa da, Məhəmməd Muhibbi qolun əvəzini 64-cü dəqiqədə çıxıb. Gərgin keçən matçda hesab dəyişməyib - 2:2.
Şərhlər